reklam
Regionxeberlericom.az » Hadisə » Göyçayda avtomobil evlə birlikdə yandı

reklam

Göyçayda avtomobil evlə birlikdə yandı


Göyçayda avtomobil və ev birlikdə yanıb.

regionxeberlericom.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Vaqif Əliyev "QAZ-53" markalı yük avtomobili ilə həyətyanı sahəsinə ot gətirən zaman avtomobil həyətyanı ərazidəki elektrik cərəyan xəttinə toxunub və cərəyanın təsirindən yanğın baş verib. Nəticədə avtomobil və onun yük yerindəki 1 ton ot alışıb.

Alov bir qədər sonra ona məxsus evə keçib, bu zaman evin də bir hissəsi yanıb. Əraziyə Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub və alovun qarşısı alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
6-06-2019, 12:00
Sikayət   


loading...
Загрузка...