Ağdaş xəstəxanasının rüşvətdə ittiham olunan sabiq baş həkimi 2500 manat cərimə edilib
Şəki Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və Kadrlar şöbəsinin vəzifəli şəxsi Şücaət Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Nuriyev ittiham olunduğu Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi 307-ci (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsinə tövsif edilib və o 2500 manat cərimə cəzasına məhkum edilib.
Şücaət Hacıyeva barəsində isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Nuriyev Nuru İbad oğlu və Hacıyeva Sücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) maddəsi ilə ititham verilib.
Onu da qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2021, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2021, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti