Azərbaycanda leysan iki kəndi susuz qoydu
Ötən gün axşam saat 22 radələrindən başlayaraq Balakən və Zaqatala rayonlarında qeyri sabit hava şəraiti hökm sürüb, güclü külək və leysan yağışları müşahidə olunub.
regionxeberlericom.az APA-ya istinadla məlumat verir ki, leysan Zaqatalada daha çox fəsad yaradıb. Leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb.
Tala çayında qısamüddətli selin keçməsi səbəbindən Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttinin 100 metrdən çox hissəsini sel suları aparıb, 16 mindən çox əhalisi olan iki kənd susuz qalıb.
Gecə saatlarında rayonun Sabunçu kəndindən rayon mərkəzinə qayıtmaq istəyən bir ailə isə Sabunçu və Yuxarı Çardaxlar kəndləri arasında axan çayda batma təhlükəsi ilə üzləşiblər. Gecə saatlarında əraziyə müvafiq qurumlar cəlb edilib, ikisi azyaşlı olmaqla 5 nəfərdən ibarət ailə təhlükəsiz əraziyə təxliyə olunub.
Rayon mərkəzində və rayonun Yuxarı Tala kəndi ərazisində bir neçə evin zirzəmisinə və həyətyanı sahələrinə yağış suları dolub.
Hazırda müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2021, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2021, 10:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Dünən, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Dünən, 08:27
Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – ŞOK İDDİALAR/ VİDEO
12-01-2025, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
11-01-2025, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08