reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı - ÖZƏL

reklam

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı - ÖZƏL



Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb.

Bu barədə Lent.az-a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.

O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib:

“80 faiz əminik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra tam təsdiqini tapacaq”.

Xatırladaq ki, bu barədə ilk məlumat Lent.az-da yayımlanıb.

Əlavə edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759–1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.






Paylaş:


Müəllif : Tarix:
7-07-2021, 12:18
Sikayət   


loading...
Загрузка...