reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: kişini öldürüb evini yandırdılar

reklam

Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: kişini öldürüb evini yandırdılar



Abşeronda dəhşətli qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib. Nəticədə 100 kvm sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Ü.Höccətovun yanmış meyiti tapılıb.

Araşdırmalarla Ü.Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən əməliyat-axtarış tədbirləri aparılır.


Paylaş:


Müəllif : Tarix:
12-07-2021, 15:23
Sikayət   


loading...
Загрузка...