reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda azərbaycanlı arvadını öldürən əfqanıstanlı qaçdı

reklam

Bakıda azərbaycanlı arvadını öldürən əfqanıstanlı qaçdı



Əfqanistan vətəndaşı Bakıda qətl törədib.

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə. iyulun 9-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri Əfqanistan vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilib, ittiham elan etmək üçün barəsində axtarış elan edilib.

Cinayət işi üzrə istintaq davam edir.


Paylaş:


Müəllif : Tarix:
14-07-2021, 13:23
Sikayət   


loading...
Загрузка...