reklam
Regionxeberlericom.az » Hadisə » Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - Bakıda DƏHŞƏTLİ QƏTL + FOTO

reklam

Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - Bakıda DƏHŞƏTLİ QƏTL + FOTO


İyulun 24-də səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində dəhşətli qətl hadisəsi törədilib.

Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış – işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub. Məlumata görə, o və uşaqları tez-tez əri tərəfindən döyülürmüş. /Qafqazinfo.az







Paylaş:


Müəllif : Tarix:
25-07-2021, 16:11
Sikayət   


loading...
Загрузка...