reklam
Regionxeberlericom.az » Hadisə » Məşhur azərbaycanlı bloger sürücülük hüququndan məhrum edildi

reklam

Məşhur azərbaycanlı bloger sürücülük hüququndan məhrum edildi



Rusiyada yaşayan Azərbaycan əsilli populyar bloger Hüseyn Həsənov 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

regionxeberlericom.az-un Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Həsənov 30 min rubl cərimə də ödəməlidir. Ona protokol tibbi müayinədən keçməyi rədd etdiyi üçün tərtib edilib.

İşə məhkəmədə baxılıb.

İyulun 7-də polislər Həsənovu Moskvanın mərkəzi yollarından birində saxlayıblar. Yol patrul xidmətinin əməkdaşları sürücünün ayıqlığını yoxlamaq qərarına gəlib və ona tibbi müayinədən keçməsini təklif edib, lakin bloger proseduru yerinə yetirməkdən imtina edib.

Rusiya qanunlarına görə, belə bir tələbin rədd edilməsi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməyə səbəb olur.

Əvvəllər Həsənov ən çox yol qaydalarını pozan blogerlərin reytinqinə daxil olub. O, siyahıda ilk beşlikdə idi. Onun 290 dəfə yol hərəkəti qaydalarını pozduğu qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan əsilli olan Hüseyn Həsənov 1994-cü il iyunun 5-də Sankt-Peterburqda anadan olub.


Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 18:18
Sikayət   


loading...
Загрузка...