Məhkəmə deputat oğlunun dindirilməsi barədə qərar verdi - Azərbaycanda
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul edilib.
Ötən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib və prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakimlər kollegiyası isə işdə prosessual pozuntuların olduğu qənətinə gələrək, məhkəmə istintaqının yenilənməsi, bu iş üzrə prokurorluq və polis əməkdaşlarının dindirilməsi barədə qərar verib.
Dindirilməsi nəzərdə tutulan şəxslər Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Müşfiq Qubadov, Qalib Məhərrəmov və Maşallah Paşayevdir.
Qeyd edək ki, Elgiz Qənizadə deputat Çingiz Qənizadənin oğludur.
Məhkəmə iclası iyunun 11-də davam edəcək.
Xatırladaq ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.
Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.(report.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2019, 13:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-06-2019, 13:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39