Azərbaycanda qadın intim fotoları ilə şantaj olundu — Şok olayın təfərrüatı
Lənkəranda qadını intim fotoları ilə şantaj etməkdə ittiham olunan Elvin Eyvazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Cəlil Nəbiyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Lənkəranda yaşayan Südabə Vəliyeva (ad və soyad şərti verilib - red.) rayon polis şöbəsinə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.
Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib.
Həmin şəxs özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.
İstintaq orqanı tərəfindən tərəfindən Elvin Eyvazovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-08-2021, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-08-2021, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti