reklam
Regionxeberlericom.az » Hadisə » Qazaxda qətlə yetirilən şəxs “İnvestel Group”un əməkdaşı olub - AÇIQLAMA

reklam

Qazaxda qətlə yetirilən şəxs “İnvestel Group”un əməkdaşı olub - AÇIQLAMA



Qazax Rayon Prokurorluğu ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürmüşdür.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq davam edir".


Paylaş:


Müəllif : Tarix:
14-08-2021, 11:18
Sikayət   


loading...
Загрузка...