Biləsuvarda özünü və bir yaşlı övladını kanala atan qadın həbs edildi
Biləsuvar rayonunda bir yaşlı övladını və özünü kanala atan qadın həbs edilib.
Biləsuvar Rayon Prokurorluğundan “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı başlanmış cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilib, müstəntiqin vəsatəti və prokurorun təqdimatı ilə hadisəni törətməkdə təqsirləndirilən qadın barədə məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Xatırladaq ki, avqustun 14-ü saat 08:00 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar RMX-yə daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07:00 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına özünü və oğlunu intihar etmək məqsədi ilə atıb. Nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-08-2021, 12:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-08-2021, 12:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
13-01-2025, 08:27