reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda ağaclar yanan yerdə tezalışan məhlul aşkar edilib

reklam

Bakıda ağaclar yanan yerdə tezalışan məhlul aşkar edilib


Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə əlaqəli şəkildə kompleks mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 11-də paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsi 11 ünvanında ağacların yanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Xətai Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla, baş vermiş yanğın hadisəsi nəticəsində ərazidə olan 47 ədəd şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 800 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Həmçinin, yanğın mənbəyi kimi müəyyən edilmiş dörd yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkar edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 260.3 (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
16-08-2021, 17:02
Sikayət   


loading...
Загрузка...