Əməliyyat keçirilib: 20 narkotacir saxlanılıb - Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatı keçirib.
DİN-nin mətbuat xidmətinin məlumatına görə, Baş İdarə əməkdaşlarının paytaxtın Nizami və Yasamal rayonunda keçirdikləri əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edib hissə-hissə onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən, həmçinin narkotik vasitələrin satışından əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov və Zaur Məmmədov saxlanılıblar. Xəyal Quluzadə və Aydın Kərimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan 100 qrama yaxın, paytaxtın Nizami rayonunda yaşadıqları evdən isə əlavə 3 kiloqram 205 qram heroin, 794 qram tiryək, 2 kiloqram 400 qram marixuana və 1 kiloqram 30 qram metamfetamin aşkar olunub. Zaur Məmmədovun üzərindən və yaşadığı evdən isə ümumilikdə 11 kiloqram 650 qram heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, Xəyal Quluzadə, Aydın Kərimov və Zaur Məmmədov xaricdə yaşayan narkotacirlərlə əlaqə yaradaraq onlar üçün ölkə ərazisində narkokuryerlik edən yerli vətəndaşlardan ibarət şəbəkə yaradıblar. Bu şəxslər narkokuryerliyə cəlb etdikləri şəxslərə müxtəlif şirnikləndirici vədlər verərək onları ələ almağa çalışıblar.
Qeyd edək ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində şəbəkəyə daxil olan şəxslərin anket məlumatları dəqiqiləşdirilib. Həmin narkokuryerlərin də saxlanılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan əməliyyatlar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər – Elçin Məmmədov, Əzizbala Məmmədov və Zülfü Həsənov saxlanılıblar. Elçin Məmmədovun üzərindən 204 qram heroin, yaşadığı evdən isə 314 qram metamfetamin aşkar edilib. Əzizbala Məmmədov və Zülfü Həsənovdan isə ümumilikdə 6 qram heroin, 29 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Mirvaqif Bağırov, Zərbəli Şahverdiyev və Qurban Yusifov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 qrama yaxın heroin və elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Nərimanov və Qaradağ rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı da narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Ramin Abdullayev və Ələsgər Zərbəliyev saxlanılıblar. Ramin Abdullayevin üzərindən və yaşadığı evdən 126 qram metamfetamin və 221 qram heroin , Ələsgər Zərbəliyevin üzərində şəxsi axtarış aparılan zaman isə 50 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Sumqayıt şəhəri Corat qəsəbəsində həyata keçirdikləri sonuncu əmliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Mehtiyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 51 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 30 qram heroin aşkar edilib. Araşdırma zamanı Vüqar Mehtiyevin Sumqayıt şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduğu məlum olub.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən rayonun Şahağacı kənd sakinlərindən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Nəticədə kənd sakinləri əvvəllər məhkum olunmuş Əlibala Məmmədov, Fazilə Rzayeva, Şəhruz Quliyev, Ramin Ağayev, Şəhriyar Mirzəyev və İsmayıl Mirzəyev tutulublar. Dəstə üzvlərinin hər birinin üzərindən və yaşadıqları evlərdən ümumi çəkisi 316 qram olan heroin və metamfetamin aşkar edilib.
Qeyd olunub ki, adları sadalanan şəxslərin ətraflarında əməliyyat tədbirləri həyata keçirilən zaman onların xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələrinin mövcudluğu ortaya çıxarılıb. Araşdırma zamanı bu şəxslərin narkotik maddələrin ölkə ərazisində yayılması üçün kuryerlik edikləri və satışı ilə məşğul olduqları məlum olub.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhəri və Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik maddələrin dövriyyəsi ilə məşğul olan Şahin Ağayev və Ramil Quluzadə də saxlanılıb. Şahin Ağayevinin yaşadığı evdən ümumi çəkisi 74 qram olan heroin, eləcə də metamfetamin, Ramil Quluzadədən isə 2 kiloqram 322 qram marixuana aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslərdən 19-u məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan, 1 nəfər haqqında isə alternativ növdən olan qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən bəziləri aktiv narkotik vasitə və psixotrop maddə istifadəçisidirlər. Müayinələr zamanı bu şəxslərin bir neçəsinin narkotik vasitə istifadə etməsi nəticəsində insan həyatı üçün olduqca təhlükəli olan hepatit və QİÇS virusuna yoluxduqları və daşıyıcıları olduqları müəyyən edilib.
Odur ki, sağlam gələcək naminə vətəndaşlara bir daha müraciət edərək onları narkotik vasitələrdən uzaq durmağa səsləməklə yanaşı bu maddələrin qanunsuz dövriyyəsi barədə əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməyə çağırırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2021, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-08-2021, 10:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20