Qubada dağlıq ərazidə yanğın baş verib

Qubanın dağlıq kəndində yanğın qeydə alınıb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Rustov İnzibati Ərazi Dairəsinin Yektar yaşayış məntəqəsi ərazisində qeydə alınıb.
Yanğın zamanı bələdiyyəyə məxsus 1 hektar kolluq ərazi yanıb.
Hadisə yerinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi işləri aparılır. Yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, Yektar yaşayış məntəqəsi Rustov kəndinin ən ucqar yaşayış məntəqəsidir, rayon mərkəzindən 21 kilometr məsafədə, Şahdağ Milli Parkı ilə sərhəd ərazidə yerləşir.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2021, 08:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2021, 08:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…