reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda rəisin evinə ŞOK BASQIN: - Seyfdə 1 milyon 400 min...

reklam

Bakıda rəisin evinə ŞOK BASQIN: - Seyfdə 1 milyon 400 min...



Bir müddət əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Publika.az-ın məlumatına görə, İ.Qurtqaşınlı küçəsində yerləşən binada yaşayan Bakı Metropoliteninin Mexanikləşdirmə İdarəsinin sabiq rəisi Aslan İsgəndərovun evindəki seyfdə 1 milyon 400 min manat pulun olduğunu düşünən 5 nəfərdən ibarət qrup üzvləri həmin mənzilə basqın ediblər. Hadisə vaxtı A.İsgəndərov özü də mənzildə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 4 kişi və 1 qadından ibarət olan dəstə üzvləri özlərini təqsirləndirildikləri 181.3.2-cü maddə (quldurluq - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi üzrə deyil, oğurluğa cəhdə görə təqsirli bildiklərini deyiblər.

İstintaq materiallarından məlum olur ki, 2011-ci ildə də A.İsgəndərovun Xətai rayonunda yerləşən mənzilinə 5 nəfər basqın edərək onun həyat yoldaşına qarşı quldurluq edib. Həmin vaxt tutulan quldurlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum ediliblər. Həmin olaydan 6 il sonra, yəni 2017-ci ilin noyabrında da oxşar hadisə baş verib.

A.İsgəndərov ifadəsində bildirib ki, hadisədən bir gün əvvəl spirtli içki qəbul etdiyi üçün səhər saatlarında həyat yoldaşı, qızı və bacısı qızını sağlamlıq mərkəzinə apara bilməyib. O, yerindən qalxaraq hamam otağına keçib. Bu zaman binanın dəhlizindən kobud boğulmaq səsi eşidib və qonşu evdəki təmir getdiyini düşünərək buna əhəmiyyət verməyib. Az sonra isə həyat yoldaşı, qızı və bacısı qızı özlərini mənzilin dəhlizinə atıblar və onlar qan içində olublar.

Basqın edən şəxslər ev sahibi və ailə zvlərinin əl qolunu bağlayaraq evdə axtarış etmək və səyfdəki pulları götürməyə çalışıblar. Lakin qışqırıq səsinə qonşuların gələcəyini görərək məcbur olub evi tərk ediblər.

A.İsgəndərov və həyat yoldaşı təqsirləndirilən şəxslərin dedikləri kimi mənzildə 1 milyon 400 min manatın deyil, cəmi 700 manat pul olduğunu bildiriblər.

İstintaqda ifadə verən təqsirləndirilən şəxslər quldurluq hadisəsinin əslində A.İsgəndərovun həyat yoldaşı tərəfindən təşkil edildiyini, onların mənzilə quldurluq deyil, oğurluq məqsədilə girdiklərini deyiblər.

İfadə verən təqsirləndirilən şəxslər G.İsgəndərovun həyat yoldaşı ilə münasibətinin pis olduğunu, buna görə evdəki pulları bu yolla ələ keçirmək istədiyini, yekunda onların hər birinə 3-5 min manat verəcəyini vəd etdiyini iddia ediblər.

Lakin A.İsgəndərov həyat yoldaşı ilə münasibətlərinin yaxşı olduğunu, onun ümumiyyətlə mobil telefon işlətmədiyini bildirib. G.İsgəndərova da bu iddiaları inkar edib.

Məhkəmə təqsirləndirilən 5 nəfərin ümumilikdə 61 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verib. Onların 4-ü 12, digəri isə 13 il müddətinə cəzaya alıb.


Paylaş:


Müəllif : Tarix:
30-08-2021, 10:49
Sikayət   


loading...
Загрузка...