reklam
Regionxeberlericom.az » Hadisə » Məktəblilərə “patı” paylanılır? – RƏSMİ CAVAB

reklam

Məktəblilərə “patı” paylanılır? – RƏSMİ CAVAB



Son iki ay ərzində Azərbaycanda “patı”, “şüşə” adı ilə tanınan narkotik vasitədən istifadə geniş yayılıb. “Patı” probleminə qarşı rəsmi qurumlar ciddi mübarizi tədbirlərini və fəaliyyətlərini daha da artırıblar. Hər gün müxtəlif ərazilər üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılır və məsuliyyətə cəlb edilir.

Ekspertlərin dediyininə görə narkotik vasitənin qiymətinin ucuz olması və əlçatanlığı bu bəlaya düçar olanların sayının sürətlə artmasına səbəb olub.

Dəhşətlisi isə odur ki, yeniyetmələrin və məktəb yaşlı uşaqların da bu şəbəkəyə cəlb olunması iddia olunur. Hətta narkotacirlərin bu bəlanı bilərəkdən məktəb yaşlı uşaqlara payladıqları da söylənilir. Konkret fakt göstərilməsə də, ictimaiyyətdə bu cür informasiyalar insanlar arasında ajiotaj yaratmağa başlayıb. Bu durumdan təsirlənənlər isə daha çox valideynlərdir ki, övladlarına görə narahatlıq keçirirlər.

Bizim.Media-ya bu barədə açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev polis orqanlarına bu barədə hansısa formada əsaslı, fakta söykənən məlumat daxil olmadığını bildirib. Ekspertlər də öz növbəsində belə bir fakta rast gəlmədiklrini qeyd edirlər.

Narkomaniya üzrə ekspert Emil Maqalovun sözlərinə görə ictimaiyyətdə bu tipli söyləntilərin yayılması ajiotaj xarakteri daşıyır:

“Gah narkotik vasitənin peraşki və şirniyyatların içərisinə qatıldığını deyirlər, gah da məktəblərdə “patı” satıldığını iddia edirlər. Bunlar sadəcə yalandır və həqiqəti əks etdirmir. Narkotik maddə narkotacirin əlində qalmayıb ki, onu sata bilməsin. 1 qramı 50 manatdırsa, kilosu görün nə qədər pul edir? Onlar satışını çatdıra bilmirlər, qaldı ki, paylasınlar. Belə informasiyalarla ajiotaj yaratmaq istəyənlər çoxdur.

Məktəb yaşlı uşaqlara narkotik vasitələrin paylanması ilə bağlı məlumatım yoxdur. Kimin faktı varsa, mütləq açıqlasın”, deyə ekspert əlavə edib.

Məlumat üçün bildirək ki, hazırda Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arası şəxslərin sayı isə 12969-dur. Qeyd edək ki, ötən il bu rəqəm 32921 olub.


Paylaş:


Müəllif : Tarix:
31-08-2021, 10:59
Sikayət   


loading...
Загрузка...