Həbsdən çıxan kişi arvadına dəhşət yaşatdı: “Xəyanət etmisən...” - Şok təfərrüat
Bakının Yasamal rayonunda 1976-cı il təvəllüdlü Fəqan Əhmədov qısqanclıq zəminində arvadı Saraya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə 8 fevral 2021-ci ildə saat 19.00-da yaşadıqları evin qarşısında baş verib. Həmin vaxt Fəqan həyat yoldaşı Saradan ona nə üçün xəyanət etməsini soruşub. Sara onun sözlərinə məhəl qoymayıb və küçədə yoluna davam edib.
Bu səbəbdən Fəqan ilə Saranın arasında mübahisə yaranıb. Mübahisə Fəqan Saranın qolundan tutaraq yerə yıxıb, daha sonra əli ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurub.
İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, məhkumluq həyatı sürdüyü dövrdə həyat yoldaşı Sara ona xəyanət etdiyini bilib, bu səbəbdən həbsdən çıxandan sonra aralarında mübahisə yaranıb: “Mən onu 2020-ci ilin noyabrında döydüm. Lakin sonradan barışdığımıza görə Sara şikayətini geri götürdü. Mən də onu əsgərlikdə vətəni qoruyan oğlumun xatirinə bağışladım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2021-ci ilin fevralında qızının evinə gedib: “Saranı orada gördüm. Həmin vaxt ona heç bir xəsarət yetirmədim. Sara məni tutdurmaqda məqsədi xəyanət etdiyi kişini və özünü öldürməyimdən qorxması olub. Saranı döymədiyim halda üstümə böhtan atıldığı üçün azadlıqdan məhrum olunub-olunmamağlmdan asılı olmayaraq azadlığa çıxan kimi Saranın başını kəsəcəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Saranın sözlərinə görə, Fəqan narkotik istifadəçisidir, bu səbəbdən bir neçə dəfə məhkumluq həyatı yaşayıb: “Fəqan mütəmadi olaraq ailədə səbəbsiz yerə mübahisələr yaradıb. Ailəmin və övladlarımın xətrinə onun bu hərəkətlərinə dözmüşəm”.
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə 2020-ci ilin noyabrında Fəqanla birgə yaşadığı Fatmayi kəndindəki evdə olan zaman sonuncu heç bir səbəb olmadan ona guya əxlaqsız hərəkətlər etməyi ilə bağlı şər-böhtan danışmağa başlayıb:
“Fəqanın bu cür sözlərinə dözə bilmədim və aramızda mübahisə yarandı, həmin vaxtdan da oradan çıxaraq anamın evinə gəldim. Bu müddət ərzində Fəqan mənə onunla barışmayacağım halda mütəmadi hədə-qorxular gəlirdi. Cavab olaraq ona bildirdim ki, nə vaxt narkotik vasitə istifadə etməyəcək, o zaman barışacam”.
Sara qeyd edib ki, noyabrın 13-də Fəqan Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evdə narkotik vasitə saxladığına görə cinayət məsuliyyətinə cəlb edilib: “Lakin Fəqanı həbs etmədilər və istintaq dövründə azadlıqda saxladılar. 2021-ci ilin fevralın 8-də, saat 19.00-da Yasamal rayonunda qaldığım evin qarşısında olan zaman Fəqan qarşımı kəsərək yenə də həmişə olduğu kimi ünvanıma həqiqətə uyğun olmayan şər-böhtan xarakterli sözlər deməyə başladı.
Fəqanın bu sözlərinə məhəl qoymadım, yolumu davam etdirmək istədim. Bu zaman o, qolumdan tutaraq məni saxladı və yerə yıxdı. Qışqıraraq köməyə adam çağırmağa başlayanda Fəqan əli ilə sifətimdən bir neçə dəfə vuraraq xəsarətlər yetirdi. Həmçinin yerə yıxılanda bel nahiyəmdən xəsarət aldım. Bir təhər güc toplayaraq ayağa qalxdım və bu zaman Fəqan getdi”.
Sara deyib ki, bundan sonra baş verən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verib. Qadın bildirib ki, Fəqandan qorxur, çünki onu öldürməklə hədələyir: “Fəqan azadlıqda qalarsa, həqiqətən məni öldürəcəyinə əminəm. Həyatımın təhlükədə olduğunu nəzərə alaraq Fəqanın azadlıqdan məhrum etmə cəzasının verilməsini istəyirəm”.
Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb.
Fəqan 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib./Teleqraf
Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2021, 21:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-09-2021, 21:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09