reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

reklam

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB



Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

16:00

Lənkəran rayonunda Ulum çayından ata və oğulun meyiti tapılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, 1979-cu il təvəllüdlü Şaiq Məmmədov 2012-ci il təvəllüdlü oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də damarını kəsərək intihar edib. Onun meyiti çaya düşüb.

Hər iki şəxsin nəşi bu gün çaydan aşkarlanıb.

Ş.Məmmədov bir neçə il bundan öncə arvadından boşanıb.

Onun oğlunu və özünü öldürməsi barədə dəfələrlə keçmiş həyat yoldaşını təhdid etdiyi bildirilir.


Paylaş:


Müəllif : Tarix:
3-09-2021, 17:30
Sikayət   


loading...
Загрузка...