reklam
Regionxeberlericom.az » Hadisə » 25 min terrorçunun edamı - İraq

reklam

25 min terrorçunun edamı - İraq

İraqda 25 min terrorçunu edam cəzası gözləyir.

"Fars News" xəbər verir ki, bu bardə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Hazırda ölkənin həbsxanalarında 50 mindən çox terrorçu var və onların yarısı edam cəzasına məhkum edilib.

İraq Ədliyyə Nazirliyinin sözçüsü Əhməd Laibi bildirib:

"Ölüm hökmlərini prezidentin son imza ilə təsdiqləməlidir, buna görə də icra edilməyib. Ancaq qərarların təxminən 90%-də belə bir vəziyyət yoxdur".

Xatırladaq ki, İraqda 2017-ci ildən İŞİD-ə qoşulmuş adamlaral bağlı çoxsaylı məhkəmə qərarları var.

Terror qruplaşmasının üzvlərinə qarşı ölüm hökmləri çıxarıb, ancaq onların çox az bir qismi icra edilib.

İraqda indiyə qədər heç bir xarici İŞİD-çi edam edilməyib.

11 Fransa və Belçika vətəndaşı hələ də edam hökmünün icrasını gözləyir.


Paylaş:


Müəllif : Tarix:
6-09-2021, 15:50
Sikayət   


loading...
Загрузка...