Ziya Məmmədovun oğlu tanınmış bolgeri məhkəməyə verdi - Anar Məmmədovun tələbi nə olub?
Sentyabrın 6-da Bakının Suraxanı Rayon Məhkəməsində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bloqer Mehman Hüseynova qarşı iddiasına baxılıb. Məhkəmə Anar Məmmədovun iddiasını təmin etməyib.
Mehman Hüseynov bildirib ki, məhkəmə iddiasına səbəb guya sosial şəbəkələrdə ona məxsus hesabda sahibi Anar Məmmədov göstərilən bahalı avtomobillərinin fotolarının yayılması olub.
Bloqer isə vurğulayıb ki, həmin hesablar ona aid deyil: ""Facebook", "İnstagram", "Youtube" kimi sosial şəbəkələrdəki hesablarımın hamısı mənim adıma rəsmi qeydiyyatdan keçib və xüsusi qeyd olunub. Deyilən hesabının isə mənə aidiyyəti yoxdur".
“Turan” Agentliyinin xəbərinə görə, məhkəmədə Anar Məmmədovun hüquqlarını təmsil edən vəkil Nihad Axundov isə bunları deyib:"O məlumat həqiqətə uyğun deyil. Gələcəkdə lazım olsa, bununla bağlı ərizə verilib, sübut olunacaq. "Facebook" səhifəsində məlumatı yayan Mehman Hüseynov adlı şəxs idi, şəkildə də bizim tanıdığımız bloger Mehman Hüseynov olub. Ona görə də Mehman Hüseynov məhkəməyə verilmişdi".
Onun sözlərinə görə, məhkəmə belə nəticəyə gəlib ki, saxta profildən istifadə olunub və həmin profil da, orada gedən yazı da artıq silinib: "Biz qətnaməni bütöv şəkildə aldıqdan sonra apellyasiya qaydasında münasibət bildirəcəyimizi qərarlaşdıracağıq".
"AzPolitika.info"
Paylaş:
Müəllif : Yazar
Tarix:7-09-2021, 14:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-09-2021, 14:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti