Qüdrət ağlaya-ağlaya dedi ki, Elçini Rövşən Əkbərov qətlə yetirib - Şahid
Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
regionxeberlericom.az Trend-ə istinadən bildirir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Elxan Cəbiyev bildirib ki, Rövşən Əkbərovu tanıyır: "2001-ci il mayın sonlarında Kiyev şəhərində beynəlxalq tədbirdə iştirak edirdim. Həmin vaxt Rövşən Əkbərov orada təhsil alırdı. Azərbaycanın Ukraynadakı səfirliyində Respublika Günü ilə bağlı tədbirdə iştirak edərkən Rövşən Əkbərovu tanımışam. Rövşən Əkbərovu ilk dəfə həmin tədbirdə gördüm. O mənə yaxınlaşaraq bir bağlamanı Bakıya aparmağımı istədi. Mayın 31-də generaldan bağlamanı aldım, sonra Bakıya gəldim".
Daha sonra ifadə verən digər şahid, Elçin Əliyevin qohumu Elman Ağayev bildirib ki, hadisədən bir gün əvvəl Elçinlə telefonda danışıb: "Elçin mənə dedi ki, burada general qonağı var, onunla qonaqlığa gedir. Ertəsi gün Elçinin qətlə yetirildiyini eşitdim. Bundan sonra Elçinin valideynlərinin yaşadığı evə getdim. Orada meyitin gətirilməsi məsələsi müzakirə olunurdu. Arada aparılan söhbətlər zamanı məlum oldu ki, Elçini general Rövşən qətlə yetirib.
Sonradan Elçin Əliyevin anası Səmayəni hadisənin şahidlərindən biri olan Qüdrət Əhmədovun Bakıdakı evinə apardım. Orada rəhmətlik Qüdrət ağlaya-ağlaya dedi ki, Elçini Rövşən Əkbərov qətlə yetirib, bunu danışmağa qorxur. Həmişə Qüdrət Əhmədov da, Məzahir Şıxəliyev də bu qətlin Rövşən Əkbərov tərəfindən törədildiyini deyirdilər".
Hakim bildirib ki, cinayət işi üzrə digər şahid Səməd Novruzovu məhkəməyə dəvət etsələr də, o, koronavirusla bağlı özünü təcriddə yaşadığını deyib.
Hakim deyib ki, şahid bu məlumatı rəsmi qaydada verməyib. Bu səbəbdən hakim Səməd Novruzovun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.
Növbəti proses sentyabrın 15-də davam edəcək.
İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
ƏTRAFLI
Orbit Azerbaijan
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora" kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.
Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.
Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-09-2021, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-09-2021, 16:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25