Bakıda bir qətlin tarixçəsi: Evdən gələn kişi qoxusuna görə arvadının başını kəsdi
Bir müddət öncə Azərbaycanda, bir az da dəqiq desək Bakıda baş verən qətl hadisəsi rezonans yaratmışdı. İttiham aktına görə cinayət ər-arvad arasında qısqanclıq zəminində yaranan soyuq münasibətlərdən qaynaqlanıb.
Mətbuatda da həmin hadisə barədə məlumatlar yayılmış, ər arvadının boğazını kəsdikdən sonra polisə təslim olaraq cinayət törətdiyini etiraf etmişdi.
Oxu.az həmin cinayət hadisəsi ilə bağlı məhkəmə istintaqının materiallarını əldə edib.
Qətlin təfərrüatı və cinayətə sövq edən amillərə toxunmazdan öncə deyək ki, həmin ər-arvadın ad və soyadları mətbuat səhifələrində çəkilsə də, biz şərti adlardan istifadə edəcəyik.
1952-ci ilin 6 avqustunda Gürcüstanın Marneuli rayonunda doğulmuş Ə.Z Azərbaycan vətəndaşıdır, ali təhsillidir, əvvəllər məhkum olunmayıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Ə.Z-ni qatilə çevirən səbəblərin kökü 1980-ci illərə gedib çıxır.
Ə.Z 1976-cı ildə X.Z ilə ailə həyatı qurub, onların bu nikahdan üç övladı da dünyaya gəlib. Ancaq cütlüyün xoşbəxtliyi uzun çəkməyib, elə evliliklərindən bir neçə il sonra, 1980-ci illərin əvvəllərində ər-arvad arasında problemlər yaranıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına baxdıqda aydın olur ki, cütlük arasında gərginliyi qidalandıran və bir-birinə qarşı davranışların sərt tempdə körükləyən əsas faktor xəyanət amili olub.
Belə ki, Ə.Z arvadının ona xəyanət etdiyini düşünüb, üstəgəl ailə münasibətlərindəki neqativ çalarların çoxalmasının, uğursuzluqların çoxunu da həmin xəyanət amili ilə əlaqələndirib. Bu barədə daha geniş yazacağıq.
Ə.Z-nın fikirləri gümanlara söykənirmiş, bu ehtimallar isə onun beynində yaranan fırtınaları gücləndirir, uzun illər tərəddüdlər içərisində boğulan ər nəhayətdə qısqanclıq hisslərinin təsiri ilə həyat yoldaşından qisas almaq qərarını qətiləşdirir.
O, 2020-ci ilin 22 mayında saat 16:30 radələrində yaşadıqları ünvanda (Biləcəri qəsəbəsi) arvadı ilə təklikdə olarkən qətl planını nəzəri müstəvidən əməli davranışa keçirmək üçün şərait yarandığını düşünür.
"34 illik münaqişəyə son qoymaq üçün vaxtdır, daha dözə bilmirəm, bunun qətldən başqa da yolu yoxdur" - Ə.Z belə fikirlərə dalarkən arvadının mətbəxdəki qaz sobasını təmizlədiyini görür, mətbəx bıçağını əlinə alaraq arvadına yaxınlaşır.
Qətli asanlıqla törətmək üçün arvadına nəzakətlə qaz sobasının içərisini təmizləməyinin vacibliyini də bildirir. Arvadı bu təmizliyi həyata keçirərkən əyilir, onun belə vəziyyətindən istifadə edən Ə.Z həyat yoldaşının döş qəfəsinin sol yarısının arxa səthinə bıçaq zərbəsi endirir.
Həyat yoldaşı isə ərinə tərəf dönərək ondan aman diləyir, "yazığam, mənə qıyma, mənə rəhmin gəlsin" sözlərini deyərək 40 illik münasibətə bu şəkildə son qoyulmaması üçün yalvarır.
Qətl törətmək isə amansızlığı azaltmır, əksinə gücləndirir. Ə.Z arvadının yalvarışlarına məhəl qoymur. İndi bir Allah, bir də Ə.Z özü bilir ki, arvadı həmin zaman ona necə ümidlə baxıb, gözlərində kömək əlinin uzadılması üçün bütün vasitələri oxumaq olarmış.
Ancaq Ə.Z daha da rəhmsizləşir, qəsdini davam etdirərək ona qarşı çoxsaylı xəsarətlər yetirir, nəhayətdə başını kəsir.
Bəs Ə.Z həyat yoldaşının ona xəyanət etməsindən niyə şübhələnib?
Ə.Z evli olduqları dövrdə bir neçə dəfə həyat yoldaşının ona xəyanət etməsindən şübhələnir, əlində heç bir dəlil olmadan evə hansısa yad kişinin gəlməsini arvadına çatdırır.
İstintaq materiallarına əsasən həyat yoldaşı nikahdan kənar münasibətinin olmasını inkar edib.
Məsələ burasındadır ki, Ə.Z beynində həyat yoldaşının xəyanəti ilə əlaqədar yaranmış fikirləri heç kimlə, o cümlədən ən yaxın qohumları ilə bölüşməyib, onu tək "gəzdirib".
Düşünüb ki, boşansa arvadı pis yola düşər və bu, onun kişilik qüruruna ləkə gətirər.
Ona görə də boşanmaq fikrindən vaz keçir, bunun bir səbəbi də 1983-cü ildə dünyaya gələn oğulları idi. Allah övlad payı bəxş etsə də, doğuşdan xəstə olmaq həmin uşağın taleyinə yazılır. O, epilepsiya xəstəsi kimi dünyaya göz açır.
O, istintaqa ifadəsində deyib ki, məhz həmin oğlan uşağı arvadı ilə yollarının kəsişməsində sipər olub, Ə.Z xəstə uşağa görə boşanmaq yoluna baş vurmayıb, lakin zaman keçdikcə onda arvadının xəyanətinə dair fikirlər güclənib.
Ə.Z-nın beynini gəmirən, şəxsi dərin psixoloji labirintin içərisində boğan fikirlər heç cür ondan əl çəkmir, qətldən 3 il öncə isə arvadından hüquqi olmasa da, faktiki olaraq boşanmış vəziyyətdə yaşayır. Hətta 2019-cu ilin yayında bir müddət qızının evində qalır.
Ə.Z xanımının ona xəyanət etməsini kiminsə bilib, ona nakişi kimi baxmasından qorxurmuş, bu isə qətl ssenarisi üçün zəminin hazırlanmasına gətirib çıxarır.
Bəli, məhz bu zamanda, qadın üçün "ölüm hökmü" çıxır. Çünki istintaq materiallarından aydın olur ki, Ə.Z həmin vaxta qədər arvadını öldürmək barədə düşünməyib.
İşin paradoksal məqamı bundan ibarətdir ki, Ə.Z heç bir zaman arvadının xəyanətinə dair bir dənə də olsun fakt tapa bilməyib, onun "dəlili" yalnız bu olub ki, yatağından başqa kişi ətrinin qoxusu gəlirmiş.
Qətl törədilsə də, rəsmi versiyaya əsasən, təhqiqatla Ə.Z-nın cinayətə imza atarkən anlaqsız vəziyyətdə olması, onun psixoloji problemlərinin olduğu sübuta yetirilib.
Buna görə də, məhkəmə qərara alıb ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin.
Qərarla Ə.Z barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2021, 12:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2021, 12:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45