reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda dördəm doğuldu - Foto

reklam

Bakıda dördəm doğuldu - Foto



Bu gün Bakıda “Leyla Medical Center”də dördəm dünyaya gəlib.

Bu barədə "Referans" Medical Qrupun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Samir Şirvanzadə məlumat verib. O qeyd edib ki, hazırda uşaqların vəziyyəti normaldır:

“Düşük təhlükəsi olduğuna görə, onların əməliyyatı 33-cü həftədə həyata keçirilib. Körpələr ailənin ilk övladlarıdır. Valideynlərdə sonsuzluq problemi olduğuna görə, uşaqlar süni mayalanma ilə dünyaya gəliblər”.

Şirvanzadənin sözlərinə görə, körpələr 10-15 gündən sonra klinikadan evə buraxılacaqlar.

Qeyd edək ki, ana - Ülviyyə Sofiyevanın 30, ata - Hüseynbala Sofiyevin isə 32 yaşı var. Hər ikisi Zaqatala rayonundandır.


Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 16:54
Sikayət   


loading...
Загрузка...