Məktəbə uşaq yola salmaq hər valideynin işi deyil... - QİYMƏTLƏR
Təhsil nazirliyinin 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqində verilən qərara görə, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.
Həmin brifinqdən sonra məktəbli övladı olan valideynlər yeni dərs ilinə hazırlıqlar görməyə, məktəb alış-verişi etməyə başlayıblar. Bununla da bazarlarda xeyli canlanma müşahidə olunub. Biz də bazarlardakı vəziyyətlə, qiymətlərlə tanış olmaq üçün şəhərin bir çox satış mərkəzlərində olduq, valideynlərlə söhbətləşdik.
Övladını birinci sinifə yola salmağa hazırlaşan Ülkər Nəzərova söhbət zamanı bildirdi ki, əvvəlki illərdə məktəbli alış-verişi etmədiyi üçün qiymətlərin yüksəldiyi və ya endiyi barədə heç bir fikri yoxdur.
“İlk dəfədir məktəb üçün hazırlıq görürük. Amma qiymətlərin baha olduğunu düşünürəm. Oğlum üçün 40 manata məktəbli çantası, 35 manata ayaqqabı, 40 manata forma, 20 manata ağ köynək almışam. Dəftər, qələm və digər ləvazimatları isə düşünürəm ki, Sumqayıt şəhərindən alım. Çünki orada qiymətlər nisbətən açağıdır”.
Digər həmsöhbətimiz Yasəmən Bağırova isə bildirir ki, iki məktəb yaşlı övladı var. “İki uşaq üçün məktəb hazırlığı görməliyəm. Qiymətlər isə bahadır. Pandemiya hamımızın gəlirlərini azaldıb. Ona görə də, valideynləri nəzərə almalı və qiymətləri endirməli idilər. Övladımızın istədiyi şeylərin çoxunu ala bilmirik. Buna görə də qalırıq uşağın yanında pis vəziyyətdə. Məhsulların çeşidləri isə bu il çox azdır. Ötən il dərslər online olduğu üçün yəqin mağaza sahibləri qorxublar ki, birdən yenə dərslər online formada olar və malalrı satılmaz”.
Məhsəti Əliyeva isə bildirir ki, bazarda ucuz olan mallar var, lakin onları alanda iki qat xərcə düşür valideynlər. “15 manatdan başlayan çantalar var. Amma heç məsləhət deyil almaqları. Neçə dəfə olub ki, qiymətinə görə almışıq, amma sonradan peşman olmuşuq. Uşaq heç yarım il apara bilməyib. Tez cırılıb sıradan çıxıb. Geyim baha olsa da, düşünürəm ki, digər ləvazimatların qiymətləri o qədər də baha deyil. Düzdür baha olan yerlər də var. Amma ucuz satış edən mağazalar tapmaq olur”,- deyə şəhər sakini bildirib.
Bazarlarda olan qiymətlərlə sizi tanış edirik:
Sadə karandaşın qiyməti 0.15 AZN-dən 1.50 AZN-də qədər, qələm - 0.10 AZN-dən 4 AZN-ə qədər, dəftər 0,15 AZN-dən 5 AZN-ə qədər, pozan 0.20 AZN-dən 2 AZN-ə qədər, çantalar 15 AZN-dən 100 AZN-ə qədər, su qabı 8 AZN-dən 35 AZN-ə qədər, dəftər və kitab üzləri - 0.15 AZN-dən 5 AZN-ə qədər, Xətkeş - 0.40 AZN-dən 9 AZN-ə qədər dəyişir.
Bakı Tikiş Evinin hazırladığı məktəbli formalarının qiyməti isə 1-6-cı siniflər üçün 40 manat, 7-11-ci siniflər üçün 46 manatdır.
Müşahidələrimizdən yekun nəticə o oldu ki, bir məktəblinin dərs ilinə hazırlaşması üçün minimim 150 manat civarında pul tələb olunur.
Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:16-09-2021, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-09-2021, 11:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Bu gün, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Bu gün, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33