Neftçalada ərini öldürüb həyətində basdıran qadının məhkəməsi başlayıb
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala rayonunda ərini öldürməkdə təqsirləndirilən Şahzadə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, bu il mayın 6-da rayonun Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vurub xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb.
Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-09-2021, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-09-2021, 12:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti