reklam
Regionxeberlericom.az » Hadisə » Beton kanala düşən gənc çarəsiz qaldı

reklam

Beton kanala düşən gənc çarəsiz qaldı



Göyçay şəhəri, Vidadi küçəsində 1 nəfər beton kanala düşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ilkin məlumata əsasən müəyyən olunub ki, 25 yaşlı Əliyev Ramazan Mürşüd oğlu içərisində su olmayan beton kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq vasitələrlə kanaldan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Paylaş:


Müəllif : Tarix:
21-09-2021, 15:47
Sikayət   


loading...
Загрузка...