Dənizdə köməksiz qalan 3 nəfər xilas edildi -FOTO

Xəzər dənizində köməksiz vəziyyət qalan qayıq və heyət üzvü xilas edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.qaz-a verilən xəbərə görə, sentyabrın 25-də saat 5:25-də Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahildən təxminən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilib, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 25 yaşlı Zeynalov Elnur Sürəddin oğlu, 32 yaşlı Məhərrəmov Rəşid Fikrət oğlu və 29 yaşlı Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-09-2021, 10:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-09-2021, 10:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…