Sabirabadda məzunun intihar səbəbi: - İmtahan yox, qumar imiş
Sabirabad rayonu, Ulacalı kənd B.Ağayev adına tam orta məktəbin məzunu Yusif Abbasovun intiharının yeni təfərrüatları məlum olub.
regionxeberlericom.az Unikal.org-a istinadən xəbər verir ki, Yusifin atası Şahid Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlunun ali məktəbə qəbul imtahanlarında az bal topladığı üzündən intihar etdiyi barədə məlumat yayılsa da, oğlu qumarda pul uduzduğu üçün özünə qəsd edib: "Hazırda bu məsələni prokurorluq orqanı araşdırır. Amma oğlum ali məktəbə qəbul imtahanında az bal topladığına görə canına qıymayıb. Hadisəyə səbəb qumarda uduzduğu pul olub. Oğlum bu il 11-ci sinfi bitirib məzun olmuşdu. Sinif yoldaşları ilə birgə gəzintiyə getmək üçün pul yığıblar. Kənddə də kimsə oğlumun üstündə 360 manat pul olduğunu bilib. Onu və başqa bir sinif yoldaşını qumar oynamağa dəvət ediblər. Qumar oynayanlar da kənd uşaqları olublar. Mən bu hadisədən oğlum intihar etməzdən bir gün əvvəl xəbər tutmuşam. Dedi ki, pul borcum var, uşaqların yığdığı pulu xərcləmişəm. Soruşdum ki, nəyə xərcləmisən? Mənə qumara qoyduğunu demədi. Dedi, özümə əyin-baş, telefon almışam. Mən də başa saldım ki, əvvəl evdə deyərdin gərək... Bu gün də sinif yoldaşlarının yanında xəcalətli qalmazdın. Amma mən buna görə oğlumu çox danlamadım. Hadisədən bir gün öncə də sinif yoldaşları ilə yeyib-içiblər. Bilmirəm, orada pulu xərclədiyini deyəndə ona kim nə deyib. Ondan bir gün sonra bu iş başımıza gəldi".
Ş. Abbasov deyir ki, oğlu sahədə ot biçininə kömək edirmiş. Yusif deyibmiş ki, işləyib borcunu qaytaracaq: "Oğlumun intiharı ilə bağlı indi araşdırma aparılır. Amma daha balamı heç nə mənə geri qaytarmayacaq. Ona görə də kənddə də kimləsə pis olmaq istəmirəm. İstəmirəm ki, o biri övladlarıma da ziyan dəysin".
Xatırladaq ki, Yusif Abbasov iyunun 16-da yaşadıqların evin həyətində intihar edib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-06-2019, 17:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-06-2019, 17:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39