Polis əməkdaşı arvadını “Zəfər” silahı ilə güllələyib - Şöbədəki qətlin ŞOK TƏFƏRRÜATLARI - VİDEO
Bakıda polis əməkdaşının arvadını hansı silahla öldürdüyü məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov ora şikayətə gələn həyat yoldaşı Xanım Məmmədovanı xidməti istifadəsində olan “Zəfər” silahı ilə güllələyib.
İ.Məmmədova arvadına 8 dəfə atəş açıb.
Qeyd edək ki, “Zəfər” silahlı Türkiyənin TİSAŞ şirkətinin lisenziyası əsasında Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən istehsal olunur. Bu silah bir müddət əvvəl Azərbaycanın güc strukturların arsenalına daxil edilib. Daxili işlər orqanlarının əməkdaşları da xidməti silah kimi bu silahdan istifadə edirlər.
***
saat 13:35
Bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınan qətllə bağlı təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 2 azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsinə gələrək əri, Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib. Bundan xəbər tutan ər dərhal şöbəyə gəlib. Arvadının şöbədə izahat yazdığını öyrənən İsmayıl Məmmədov təhqiqatçının otağına daxil olub. Bu zaman ər-arvad arasında mübahisə düşüb. Daha sonra İ. Məmmədov üzərindəki tabel silahı ilə arvadına ard-arda atəş açmağa başlayıb. Bədəninin müxtəlif nahiyələrindən 8 güllə yarası alan qadın hadisə yerindəcə keçinib.
İ.Məmmədov qətli törətdikdən sonra polisə təslim olub.
Qətlə yetirilən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova isə oxu.az-a açıqlamasında bildirib ki, İsmayıl Məmmədov qısqanc biri olub:
Nəsibə Məmmədova
“Biz heç vaxt onların ailəsinə qarışmadıq. Mən Bakıda yaşasam da, bacım qızı evlənəndən sonra heç vaxt bizə gəlməyib. Mənə telefon nömrəsini də verməyiblər. İ.Məmmədov onu heç vaxt evdən buraxmırdı”.
N.Məmmədova qeyd edib ki, bacısı qızı Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib:
“Onlar ikinci kursdan tanış oldular, nişanlandılar. İki uşaqları var. Biri qız, biri oğlan. Böyük uşaqları bu il birinci sinfə getdi”.
Xalanın sözlərinə görə bacısı hadisədən xəbərsizdir:
“Yoldadır, gəlir, elə bilir yaralıdı”.
Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2021, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2021, 17:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09