reklam
Regionxeberlericom.az » Hadisə » Milanda şəxsi təyyarə evə çırpılıb, səkkiz nəfər ölüb

reklam

Milanda şəxsi təyyarə evə çırpılıb, səkkiz nəfər ölüb


İtaliyada şəxsi təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra Milanda ofis binasına çırpılıb. Təyyarədəki 8 sərnişin həlak olub.

Hadisə nəticəsində ofis binasında yanğın baş verib, lakin yeni tikilən bina boş olduğu üçün xəsarət olan olmayıb.

Şahidlərin dediyinə görə, təyyarə binanın üzərinə düşərək partlayıb.

Yerli mətbuatın yazdığına əsasən, qurbanlardan biri uşaqdır.

“Rai TV”nin məlumatına görə, təyyarənin göyərtəsində fransızlar olub, lakin bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, təyyarə Milanın “Linate” aeroportundan havaya qalxıb və Sardiniya adasına getməli idi.





Paylaş:


Müəllif : Tarix:
4-10-2021, 08:28
Sikayət   


loading...
Загрузка...