Tərtərdə ermənilərin raketlə dağıtdıqları ev muzey kimi qorunacaq
Vətən müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayan erməni terrorçuları öz məkrli planlarını işə salmağa başlamışdı.
Beləliklə, düşmənin silahlı bölmələri ağır artilleriya qurğularından və raket komplekslərindən də istifadə etməklə ilə döyüş meydanından kənarda mülki əhaliyə və obyektlərə qarşı həmlələr etməıyə başladı.
Gün ərzində ağır artilleriya qurğularından atılan 2000 mərminin düşdüyü Tərtər rayonu ağır raket zərbələrinə də məruz qalırdı. Ermənilərin atdığı raketlərdən biri də Tərtər rayon sakini sahib İsmayılovun yaşadığı evə düşüb. I Qarabağ müharibəsində Kəlbəcərdə xəyyalları dağılan Sahib İsmayılovun Vətən müharibəsi zamanı erməni terrorçuları Tərtərdə yaşadığı evini raketlə dağıtdılar.
Sahib İsmayılov əslən Kəlbəcər rayonundandır. Kəlbəcəri ermənilər işağl etdikləri zamanı öz ata – baba yurdunu tərk etməyə məcbur olur. Deyir ki, məcburi köçkün düşdüyü gündən bu vaxta qədər, çətinliklə ailəsi üçün bir ev tikib başa çatdırır. Özünün dediyi kimi, heç bir zaman düşünməzdi ki, nə vaxtsa əziyyətlə tikdiyi həmin ev elə ermənilərin atdığı raket zərbəsi ilə məhv ediləcək. Raketin düşdüyü bu evin sahibi illərə ötsə də, nə Kəlbəcəri tərk etdiyi zaman yaşadıqlarını, nə də o dəhşətli anları heç bir zaman unutmayacaq.
Sahib İsmayılov "Report"un Qarabağ bürosuna bildirib ki, ermənilərin atdığı dağıdıcı raketin onların evinə düşməzdən 5-6 dəqiqə əvvəl evdən çıxaraq sığınacağa doğru hərəkət ediblər: "Həmin vaxt evdə 10-12 nəfər idik. Qohumlardan da varıydı, özümüz də 6 nəfərdən ibarət ailəyik. Həmin vaxtı raketlə, topla, şəhərə atırdılar. Biz o vaxt sığınacağa çıxmaq istəyirdik. yenicə evdən çıxmışdıq ki, bir də görüdük ki, böyük bir raket evimizin üstünə düşdü" - deyə o, əlavə edib.
Qeyd edək ki, Vətən müharibəsi zamanı düşmənin ağır artilleriya qurğularından və raket komplekslərindən atəşi nəticəsində Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanıb. Həmçinin müharibə zamanı, Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.
Məlumat üçün bildirəkki, raket hücumu zamanı dağıdılan, Sahib İsmayılova məxsus fərdi yaşayış evi olduğu kimi muzey şəkilində qorunub saxlanılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2021, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Vətən müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayan erməni terrorçuları öz məkrli planlarını işə salmağa başlamışdı.
Paylaş:
Müəllif :
Yazar
Tarix:5-10-2021, 16:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01