reklam
Regionxeberlericom.az » Hadisə » Dayısı arvadını hamamda lüt çəkdi, 10 min manat istədi, öldürüldü - TƏFƏRRÜAT + FOTO

reklam

Dayısı arvadını hamamda lüt çəkdi, 10 min manat istədi, öldürüldü - TƏFƏRRÜAT + FOTO



Şəmkirdə bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dayısı oğlu tərəfindən qətlə yetirilən “Qərb Xəbərləri” qəzetinin baş redaktoru və təsisçisi Bəxtiyar Alıyevin hansı səbəbdən öldürülməsinin təfərrüatları məlum olub.

İttihamda qeyd olunur ki, hadisə bu il yanvarın 21-də Şəmkir rayonunun Qədimqala kəndində baş verib.

Kənd sakini Vasif Aslanov bibisi oğlu Bəxtiyar Alıyevi onu şantaj etdiyi üçün oldu silahla qətlə yetirib.

V. Aslanov özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, bibisi oğlunu şantaj etdiyi üçün öldürüb:

“Bəxtiyar hadisədən bir il əvvəl evdə heç kim olmayan zaman bizə gəlib. Həmin vaxt anam həyətdə çimirmiş. Bəxtiyar onun lüt şəkildə videosunu çəkib. Bundan heç kimin xəbəri olmayıb. Bir müddət keçəndən sonra Bəxtiyar mənə zəng edərək rayon mərkəzinə çağırdı. Elə oldu ki, yol üstündən Bəxtiyarı maşınla götürdüm. Bu zaman mənə anamın çılpaq videosunu çəkdiyini və silinməsi qarşılığından 10 min manat pul istədi. Doğma bibim oğlu olduğundan inanmadım. Düşündüm ki, zarafatlaşır. Lakin, Bəxtiyar təkidlə yenidən pul tələb etdi və anamın çimərkən çılpaq şəkildə videosunu mənə göstərdi. Dedi ki, 10 min manatını verməsən, sosial şəbəkədə paylaşacam.

Onun xarakterinə bələd olduğumdan həmin pul vəsaitini ödəyəcəyimi və videonu yaymamasını xahiş etdim. Bir neçə gün sonra Bəxtiyar yenidən mənə zəng edərək pulu nə zaman ödəyəcəyimi soruşdu. Dedim ki, hazırlayıb gətirib verəcəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün Bəxtiyarı maşınla götürərək evlərin yaxınlığında yerləşən kənd qəbiristanlığına aparıb:

“Həmin qəbiristanlıq evimdən 200 metr məsafədə yerləşirdi. Bəxtiyara dedim ki, gözlə, pulu gətirib gəlirəm. Evə girərək babamdan miras qalmış lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngini götürdüm. Patron dolduraraq Bəxtiyar tərəfə gəldim. Məqsədim onu qorxudaraq videonun silinməsinə nail olmaq idi. Bəxtiyara 7 metr məsafə qalanda başının üstündən güllə atdım. Yenə deyirəm, məqsədim onu vurmaq yox, qorxutmaq idi. Bu zaman gördüm ki, Bəxtiyar huşsuz yerə yıxılıb. Heç onun tərəfə getmədim. Maşınımı sürüb polisə təslim oldum”.

V.Aslanov ifadəsinin sonunda deyib ki, Bəxtiyar Alıyevin əməlinə görə, onda yaranmış güclü ruhi həyəcan vəziyyətində həmin cinayət əməlini törədib və əməlinə görə peşmançılıq çəkir.

Məhkəmədə V.Aslanovun anası, videosu çəkilən D.Aslanova (ad şərtidir) deyib ki, qətlə yetirilən şəxs baldızının oğludur:

“Bəxtiyarın xasiyyətinə görə, münasibətlərimiz pis olub. O, “Qərb Xəbərləri” qəzetinin baş redaktoru işləyirdi. İşlədiyi müddət ərzində Bəxtiyar qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif peşə sahiblərini şantaj etməklə öz maddi maraqlarını təmin edib. Təxminən bu il yanvarın ayının əvvəllərində oğlum Vasif gilə getmişdim. Həmin vaxt evin arxa hissəsində düzəldilmiş hamamda çimirdim. Bu zaman Bəxtiyar mənim videomu çəkdi. Həmin vaxt ona videonu çəkməməsi barədə dəfələrlə xəbərdar etsəm də, davam etdi. Hətta utanmadan nalayiq sözlər də işlətdi. Çəkilişi bitirdikdən sonra oradan uzaqlaşdı. Bununla bağlı yoldaşıma dedim. Bir müddət sonra məlum oldu ki, Bəxtiyar dayısını belə şantaj edərək, bir dəfə 500 manat, bir dəfə 300 manat pul alıb ki, videonu siləcək. Lakin o pulu alsa da, videonu silməyib. Daha sonra oğlum Vasifi şantaj edib. Ondan 10 min manat pul tələb edib. Sonra da Vasif imkanın olmadığını desə də, o dediyi sözdən əl çəkməyib. Axırıncı gün evin yanında silah səsləri eşitdim. Çölə çıxanda Vasifin Bəxtiyarı öldürdüyünü eşitdim”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Aslanov 11 il müddətinə azadlıqdan məhrum edilib.



Paylaş:


Müəllif : Tarix:
5-10-2021, 17:03
Sikayət   


loading...
Загрузка...