"O, tək Elçini öldürmədi, ailəmizi darmadağın etdi" - ŞAHİD
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fəxrintac Əliyeva ifadə verib. O, mərhum Elçin Əliyevin həyat yoldaşı olduğunu deyib: "İstintaqa verdiyim ifadələri təsdiqləyirəm. O, tək Elçini öldürmədi, bizim bütün ailəmizi öldürdü. Ailəmizi darmadağın etdi, ən ağır cəzanın verilməsini tələb edirəm".
Şahid Elçinin ölümü ilə bağlı xəbəri Səməd Novruzovdan öyrəndiklərini bildirib: "Bizə dedi ki, hərbçi tərəfindən öldürülüb. O zaman Rövşən Əkbərovun adını bilmirdik. Sonradan bizə bu adı dedi".
Prosesdə şahid qismində mərhumun dostu Səməd Novruzov da ifadə verib. O da istintaqa verdiyi ifadəni təsdiq edib, bildirib ki, 2001-ci il mayın 31-i gecə saatlarında Elçin Əliyevin öldürülməsi xəbərini alıb: "Gecəylə Elçingilin burdakı evinə getdik. Hadisə haqqında məlumatımız yox idi. Mən və Nazim İbrahimov səhəri cənazəni gətirmək üçün yola düşdük. Həmin günü Kiyevə reys yox idi. Bu səbəbdən Moskvaya, oradan Kiyevə uçduq. Hava limanında bizi səfirliyin nümayəndəsi qarşıladı və otelə yerləşdirdi. Səhəri gün morqa getdim, Elçinin nəşini götürərək hava limanından yola saldım".
S. Novruzov deyib ki, morqda olan zaman Elçinin tanışları, dostları yığışıb: "Həmin vaxt Ukraynada hərbçi olmuş, Elçinlə dostluq etmiş Mixail Qriqoryeviç mənə yaxınlaşdı. Mən hadisənin kim tərəfindən törədildiyini soruşdum. O, sadəcə, dedi ki, hadisəni sizinkilər edib. Biz səfirliyə gəldik. Həmin vaxt səfirlikdə dostlar, tanışlar yığışmışdı. Həmin vaxt Tələt adlı diaspor nümayəndəsi var idi, sonradan səfir oldu. Daha sonra komendant və digər tanışlar var idi. Söhbət zamanı bildirdilər ki, hadisə günü Elçin və dostu “Abşeron” restoranında yeyib-içiblər. Daha sonra səfirliyə gəliblər. Burda mübahisə olub, çıxıblar. Sonra musiqiyə qulaq asmaq üçün səfirliyin yaxınlığında yerləşən kafeyə gediblər. Orada Azərbaycandan kursa gələn iki hərbçi ilə mübahisələri düşüb və Elçin öldürülüb. Həmin vaxt Elçinin yanında dostu Məzahir Şıxəliyev olub. Onu da həmin vaxt həbs ediblər. Bu söhbətlər olan zaman Nazim İbrahimov da səfirlikdə mənimlə birlikdə idi. Söhbət zamanı hadisənin Rövşən Əkbərov tərəfindən törədildiyini dedilər. O vaxta qədər mən Rövşən Əkbərovu tanımamışam. Səfirlikdə bu söhbətlər olan zaman Bakıdan mənə zənglər gəlirdi. Mən otaqdan çıxaraq zəng edənlərə hadisənin Rövşən Əkbərov tərəfindən törədildiyini demişəm".
Sualları cavablandıran şahid qeyd edib ki, Nazim İbrahimovun həmin vaxt oteldə Rövşən Əkbərovla görüşdüyündən xəbəri olmayıb: " Nazim bu barədə orada mənə heç nə deməyib. Elçin mənim çox yaxın dostum olub. Yəqin ki, həmin vaxt mənim nəsə etməyimdən ehtiyat edib. Elçinin öldürülməsi mənə hələ də qaranlıq qalıb. Hər gün özümə sual verirəm ki, Elçini niyə öldürüblər? Elçinin heç kimlə işi olmazdı, davakar adam deyildi. Onunla çox yaxın olmuşam. Qardaşıma demədiyim sözü ona demişəm".
Təqsirləndirilən şəxs Rövşən Əkbərov şahidə suallar verib. O, şahiddən Elçinin dostu kimi niyə indiyədək onunla görüşmədiyini, hadisə barədə ondan heç nə soruşmadığını soruşub.
Şahid bildirib ki, görüşüb, nəsə soruşmağı ehtiyac bilməyib: "Mən sadəlövh insan deyiləm. İstintaqın sübuta yetirmədiyi cinayəti mənə deyəsi deyildiniz. Çünki mən elə bir iş görsəm, istintaq sübuta yetirə bilmədiyi məsələyə “mən eləmişəm”, demərəm. Mən heç kimi qətldə ittiham edə bilməzdim".
Proses oktyabrın 13-də davam edəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-10-2021, 13:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-10-2021, 13:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50