reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyadan gələn 40 ton kartof məhv edildi

reklam

Rusiyadan gələn 40 ton kartof məhv edildi


Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsulunun istifadə üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Həyata keçirilən nəzarət tədbirləri zamanı "ZE-DENT" MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 40 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində yük partiyasından götürülən məhsul nümunələrində karantin tətbiq edilən zərərverici (“Clavibacter michiganensis subsp. sepedonicus” - Kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən toxumluq kartof məhsulu partiyası istifadəyə yararsız hesab olunduğu üçün məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.


Paylaş:


Müəllif : Tarix:
7-10-2021, 11:33
Sikayət   


loading...
Загрузка...