Ramiz Göyüşovun tutdurduğu jurnalistdən XƏBƏR VAR - AÇIQLAMA
Həbsdə olan jurnalist, “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) bir aya yaxındır ki, 1 saylı İstintaq Təcridxanasında saxlanılır.
Jurnalistin vəkili Mehman Muradlı Bizim.Media-ya Mahir Xəttabın son durumu ilə bağlı danışıb.
Jurnalistin səhhətində ciddi narahatlıq olmadığını deyən vəkil hazırda istintaq hərəkətlərinin getdiyini bildirib:
“Mahirlə bir neçə dəfə görüşmüşəm. Hələki hər şey normaldır. Məlum olayla bağlı səsyazının ekspertizasının nəticələri məlum olub. İstintaq orqanları Mahirlə Ramiz Göyüşov arasında baş tutan danışıqla bağlı səsyazını incələyiblər. Mahirdən səsin ona məxsus olduğunu müəyyənləşdirmək üçün nümunə götürülüb və rəy artıq məlumdur. Səs həqiqətən də Mahirə məxsusdur”.
Jurnalsitin cəzasının ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətin qaldırılmasına gəlincə, vəkil bu barədə hələki ərizə vermədiklərini bildirib.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-10-2021, 14:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-10-2021, 14:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti