reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanın Xalq artisti vəfat etdi

reklam

Azərbaycanın Xalq artisti vəfat etdi



Azərbaycanın Xalq artisti Ağakişi Kazımov vəfat edib.

A.Kazımov bu gün günorta saatlarında dünyasını dəyişib.

A.Kazımov Akademik Milli Dram Teatrında quruluşçu rejissor idi.

Qeyd edək ki, A. Kazımov 1935-ci ilin 28 noyabrında anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrının yaradıcı qrupunun tərkibində iştirak edib.

1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib.

1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub.

Burada təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin “Duel” dramını, diplom işi kimi isə C.Cabbarlının “Aydın” əsərini tatarca hazırlayıb.

1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

A.Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyyəvidir.

A. Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü idi.


Paylaş:


Müəllif : Tarix:
8-10-2021, 16:12
Sikayət   


loading...
Загрузка...