Qazaxıstanda sursat anbarında növbəti partlayış olub
Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış olub.“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 7:20-də Jambıl əyalətinin Sarıkemer kəndindəki mühəndis-sursat anbarı ərazisində qeydə alınıb. Daha əvvəl yanğın zamanı zədələnmiş təhlükəli maddə partlayıb.
“Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir”, - nazirliyin mətbuat xidməti bildirib.
Nazirlik qeyd edib ki, anbar ərazisində sursatların nəzarət altında məhv edilməsi həyata keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda avqustun 26-da yanğının baş verdiyi texniki ərazini partlayıcı maddələrdən təmizləmək üçün işlər aparılır.
Xatırladaq ki, həmin vaxt Jambil vilayətinin Bayzak rayonunun Kainar kəndi yaxınlığındakı hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın, ardınca səbəbləri sonradan müəyyən edilən partlayışlar baş vermişdi. Partlayış nəticəsində 17 nəfər ölüb. Müdafiə Nazirliyinin itkin düşmüş bir əməkdaşının axtarışı hələ də davam edir.
Bizim Telegram kanalımıza abunə
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2021, 19:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-10-2021, 19:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29