BDU-nu qırmızı diplomla bitirən dövlət qulluqçusu sələmçini bıçaqlayıb
Borc pulun ödənilməsi ilə bağlı yaranan mübahisə zəminində tanışını bıçaqlayan şəxsin məhkəməsi başa çatıb.
Problem keçmiş dövlət qulluqçusu Tural Quliyevin mərc oyunlarına pul yatırmaq üçün sələmçi İrşad Manaflıdan aldığı borcu qaytara bilmədiyinə görə yaranıb.
Belə ki, uzun müddət yüksək vəzifələrdə işləyən Turalın mərc oyunlarına saldığı maraq daha sonra asılılığa çevrilib. Hətta buna görə Dövlət Əmlak Komitəsindəki işini də itirib. Amma o, mərc oynamağa davam edib və böyük məbləğdə borcu yaranıb. Tural bunun üçün sələmə pul götürüb: “İrşaddan bir neçə dəfə günlük 20 faiz olmaqla sələmə pul götürüb qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin martında ondan 1600 manat sələm götürdüm. Əvəzində 400 dollar və 800 manat qaytardım. Daha sonra bank kartına 2 min manat göndərdim. Lakin İrşad verilən pulların hamısının faizə çıxıldığını deyərək hələ 1700 manat borcum qaldığını bildirdi. İrşaddan bir müddət vaxt istədim. Amma həmin vaxtın sonunda borcun 3100 manat olduğunu bildirdi. Deyilən vaxtda pulu hazır edə bilmədim. Bundan sonra İrşad mənə zəng edib şəxsiyyətimə qarşı alçaldıcı ifadələr işlətdi, hədə-qorxu gəlməyə başladı. İrşadın bu cür danışması məni özümdən çıxardı. Onu Dövlət Əmlak Komitəsinin yanında görüşə çağırıb orada bıçaqladım”.
Qeyd edək ki, Tural Quliyev 2003-cü ildə 688 balla BDU-nun hüquq fakültəsinə daxil olub və “Prezident təqaüdü”nə layiq görülüb. Universiteti fərqlənmə diplomu ilə bitirib. Vergilər Nazirliyində, Əmlak Məsələləri Dövlət Xidmətində müxtəlif rəhbər vəzifələrdə işləyib. Atası I Qarabağ Müharibəsi veteranıdır. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
T.Quliyev məhkəməyə ifadəsində əməlini etiraf edib və özünü təqsirli bilib.
Zərərçəkmiş İrşad Manaflı isə ifadəsində Turalla dost olduqlarını, ona qarşı heç bir şikayəti olmadığını bildirib: “Aramızdakı dostluq münasibətlərinə görə Turala borc pul verirdim. Tural da işlərini həll etdikdən sonra aldığı pulları qaytarırdı. Sonuncu dəfə məndən bir neçə günə qaytarmaq şərtilə 2500 manat borc aldı. Həmin pulun 2000 manatını qaytardı. Bundan sonra yenidən mərc oyunlarını oynamaq üçün 1400 manat istədi. Ümumilikdə borcu 1900 manat olmuşdu. Aramızdakı razılaşmaya əsasən Tural 3 günə pulun hamısını qaytarmalı idi. Lakin vaxtında qaytarmadığı üçün aramızda narazılıq yarandı”.
İ.Manaflının sözlərinə görə, martın 29-da Tural ona pulun hazır olduğunu bildirib və Dövlət Əmlak Komitəsinin yaxınlığında görüşməyi təklif edib: “Küçə ilə yeriyərkən Tural “telefona zəng gəlir” bəhanəsi ilə məndən arxada gəlməyə başladı. Birdən sağ kürək nahiyəmdən nəsə dəydiyini hiss etdim. Geri çevriləndə sol kürək nahiyəmdən də zərbə aldım. Tural bıçaqla bədənimin bir neçə yerindən vurdu”.
İrşad Turalla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını deyib.
T.Quliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Himayəsində azyaşlı iki uşaq olduğunu, zərərçəkmişin ondan şikayət və tələbi olmadığını nəzərə alaraq, məhkəmə cəzanı 2 ili sınaq müddəti olmaqla şərti hesab edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-10-2021, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-10-2021, 11:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti