Azərbaycanlı "oğru"nu heç bir ölkə qəbul etmir: "Rufo" hələ də Moskvadadır
Bu il sentyabrın 7-də azadlığa çıxan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”) hələ də Moskvadadır.
Məlumata görə, Ülfət Tağıyev hazırda Moskva şəhərində, Xarici Vətəndaşların Saxlanma Mərkəzindədir. Onun nə vaxtacan həmin Mərkəzdə saxlanılacağı bilinmir.
Bir qədər əvvəl Rusiya KİV-i “Rufo Gəncinski”nin ya Türkiyəyə, ya da BƏƏ-yə göndəriləcəyi barədə xəbər yaymışdı. Amma indi məlum olur ki, kriminal avtoriteti heç bir dövlət öz ərazisində görmək istəmir. Yeri gəlmişkən, ölkəni tərk edəcəyi təqdirdə onun Rusiyaya girişi də mümkün deyil. Çünki “Rufo”nun Rusiyaya girişinə ömürlük yasaq qoyulub.
Xatırladaq ki, “Rufo Gəncinski” qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi. O, Sibirdə Voloqda vilayətinin Şeksna qəsbəsindəki 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılırdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-10-2021, 15:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-10-2021, 15:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti