reklam
Regionxeberlericom.az » Hadisə » “Halal market”də istifadə müddəti bitmiş uşaq qidaları satılıb - FOTO

reklam

“Halal market”də istifadə müddəti bitmiş uşaq qidaları satılıb - FOTO



Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində yerləşən, İsayev Rüstəm Əyyub oğluna məxsus “Halal market” ərzaq mağazasında yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, mağazada sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş uşaq qidaları və kərə yağı məhsulu aşkar olunub.

Belə ki, təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Paylaş:


Müəllif : Tarix:
12-10-2021, 11:08
Sikayət   


loading...
Загрузка...