Almaniyada itkin düşən həkimin işinə səfirlik qarışdı
Almaniyada itkin düşən azərbaycanlı həkim Toğrul Cəfərlinin tapılması ilə bağlı axtarışlar davam etdirilir.
Məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyi rəsmi qaydada bölgənin hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda onun axtarışları Frankfurt və Lor-am-Mayn şəhərlərində davam etdirilir.
Əvvəlcə bölgənin polis idarəsi T.Cəfərlinin yetişkin insan olduğu üçün axtarışına başlamağa hüquqi əsas olmadığını bildirib. Daha sonra ailəsi tərəfindən onun son dövrlərdə psixoloji problemləri yarandığı bildirildikdən sonra polis araşdırmalara başlayıb.
Qeyd edək ki, T.Cəfərli oktyabrın 27-də Macarıstandan Almaniyaya uçuş edib. Frankfurt hava limanında eniş etdikdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. T.Cəfərli Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr olaraq çalışır.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-11-2021, 17:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər