reklam
Regionxeberlericom.az » Hadisə » Salyanda kişi arvadını QƏTLƏ YETİRDİ

reklam

Salyanda kişi arvadını QƏTLƏ YETİRDİ


















Salyan rayonunda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

İyunun 27-də Nuranə İsbəndarovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Ənvər İsbəndarov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Nuranə İsbəndərovanı qəsdən öldürmüşdür.

Ənvər İsbəndarov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, daha sonra əvəzinə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin psixiatrik stasionara yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilmişdir

Oktyabrın 20-də cinayəti törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan Ənvər İsbəndarov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır.

Oktyabrın 30-da cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, Ənvər İsbəndarovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün Lənkənran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.





Paylaş:


Müəllif : Tarix:
4-11-2021, 11:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər