reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanlı iş adamının İstanbulda 10 min dolları belə oğurlandı - FOTO

reklam

Azərbaycanlı iş adamının İstanbulda 10 min dolları belə oğurlandı - FOTO















Türkiyədə azərbaycanlı iş adamına qarşı soyğunçuluq törədilib.

Rumıniyadan Türkiyəyə oğurluğa gələn iki xarici ölkə vətəndaşı azərbaycanlı iş adamının açıq havada restoranların birində nahar edən stulda asdığı pencəyinin cibindən 9700 dollar oğurlayıb.

Belə ki, azərbaycanlı F.T. adlı iş adamı sərgidə iştirak etmək üçün İstanbula gəlib. İş adamı sərgiyə qatıldıqdan sonra nahar etməl üçün yaxınlıqdakı açıq havada yerləşən restoranda oturub. O, cibində 9700 dollar olan paltosunu oturduğu stula asıb və yemək yeməyə başlayıb.

Xarici ölkə vətəndaşı M.İ.L. və B.B.G. iş adamının cibindəki pulu götürərək kafeni tərk edib.

Yeməyi yedikdən sonra cibini yoxlayan iş adamı pulunun oğurlandığını anlayınca Yeşilköy şəhid Şakir Tosun adına Polis bölməsinə müraciət edib.

Oğruların hələ də yarmarkada olacağını düşünən Yeşilköy Polis bölməsi qrupları hadisə yerinə gedib. Onlar əvvəlcə restoranın təhlükəsizlik kamerasını araşdırmağa başlayıb. Oğruların kimliyini müəyyənləşdirən polis cinayətkarların axtarışına başlayıb.

Polis cinayət törədən əcnəbiləri elə həmin ərazidə başqasını soymaq istəyərkən cinayət başında yaxalayıb.

2 saat ərzində oğrular ifadələri alındıqdan sonra Bakırköy Ədliyyəsinə aparılıb.





Paylaş:


Müəllif : Tarix:
4-11-2021, 17:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər