reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanlı Saakaşviliyə dəstək aksiyasında öldü

reklam

Azərbaycanlı Saakaşviliyə dəstək aksiyasında öldü











Ötən gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq Rustavi həbsxanası qarşısında keçirilən aksiyada bir nəfər vəfat edib.

RegonXəbərləri.com "report"a istinadla xəbər verir ki, həmin şəxsin Dmanisi rayon sakini, 60 yaşlı Cahandar Hüseynov olduğu müəyyənləşib.

İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib. Təcili tibbi yardım maşını C.Hüseynovu şəhər xəstəxanasına çatdıranda onun öldüyü məlum olub.

Hadisə şahidlərinin sözlərinə görə, aksiya keçirilən ərazidə həkim briqadası olmayıb və təcili tibbi yardım maşını hadisə yerinə çox gec gəlib.

Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aksiya təşkilatçılarından təcili tibbi yardım briqadasının cəlb olunması ilə bağlı müraciət almayıblar.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaq aparılır.




Paylaş:


Müəllif : Tarix:
7-11-2021, 14:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər