reklam
Regionxeberlericom.az » Hadisə » Peyvənd və maskaya qarşı çıxan həkim koronavirusdan öldü

reklam

Peyvənd və maskaya qarşı çıxan həkim koronavirusdan öldü











Rusiyada məşhur həkim Yuri Popov koronavirusdan dünyasını dəyişib. 

Bu barədə yerli media məlumat yayıb.


Bildirilir ki, Çelyabinskdə öz klinikasını yaradan və peyvəndin əleyhinə olan həkim Yuri Popov koronavirus infeksiyasına yoluxduqdan sonra vəfat edib. Maraqlıdır ki, o oktyabrın 26-da dünyasını dəyişsə də bu barədə məlumat indi yayılıb.

- İndi bir çox insanlar bunun necə baş verdiyini, niyə özünü xilas edə bilmədiyini soruşur? Yuri Popov əsl homeopat və tədqiqatçı idi. O, bu naməlum xəstəliyə qalib gəlmək istəyirdi, lakin özünü müalicə etmək həmişə daha çətindir, - Popovun ölüm xəbərini yayan həmkarı Natalya Şekoldina sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, Yuri Popovun 59 yaşı var idi. O, koronavirusa yoluxmuş insanları homeopatik dərmanlarla müalicə edirdi. Homeopatik Klinikanın baş həkimi koronavirus əleyhinə olan peyvəndlərə və maskaların məcburi taxılmasına qarşı çıxırdı.(azvision.az)




Paylaş:


Müəllif : Tarix:
10-11-2021, 00:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər