reklam
Regionxeberlericom.az » Hadisə » Polad Həşimovun bacısı anasını narahat edənlərə səsləndi: - “Belə işlərlə məşğul olmuruq!”

reklam

Polad Həşimovun bacısı anasını narahat edənlərə səsləndi: - “Belə işlərlə məşğul olmuruq!”


















Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova bəzi insanların onları narahat etdiyini bildirib.

Modern.az xəbər verir ki, Kəmalə Həşimovanın sözlərinə görə, övladları hazırda həbsdə olan bir sıra ailələr Polad Həşimovun anasından istifadə etməyə cəhd göstərirlər.

Belə ki, şəhid generalın anası Səmayə Həşimovaya müraciət edən bəzi şəxslər ondan xahiş edirlər ki, övladlarının həbsdən buraxılmasında vasitəçi olsun:

“Ayarsızlığın həddi-hüdudu yoxdu. Artıq neçənci dəfədir, sayını ıtirmişəm. Demək belə çıxır ki, sənin oğlun ölüb, əsas mənim oğlum həbsdən çıxsın...

“Bizə kömək edin. Şəhid anasısan, sənin adından bir ərizə yazıb xahiş edək”.

Bu da təzə trenddir deyəsən. İnsanda üz yaxşı şeydir. Hər dəfə “biz belə işlərlə məşğul olmuruq, Şəhidin adı müqəddəsdir, belə işlərdə istifadə etməyin” deyirik, amma bir faydası olmur. Əsalət qanda olurmuş”,-deyə Kəmalə Həşimova narazılığını ifadə edib.




Paylaş:


Müəllif : Tarix:
11-11-2021, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər