reklam
Regionxeberlericom.az » Hadisə » Qanunsuz ovladığı cüyür və porsuqları ət mağazasında satmaq istəyən şəxs saxlanılıb

reklam

Qanunsuz ovladığı cüyür və porsuqları ət mağazasında satmaq istəyən şəxs saxlanılıb












İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bizlan kəndinin meşə ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsin Bizlan kənd sakini Ravil Hümbətov olduğu müəyyən edilib və o, Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan bir ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Davam etdirilən tədbirlərlə R.Hümbətovun işlədiyi ət mağazasından qanunsuz ovlayaraq satmaq məqsədilə saxladığı 1 baş cüyür və 3 porsuq da aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. / Report




Paylaş:


Müəllif : Tarix:
12-11-2021, 11:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər