reklam
Regionxeberlericom.az » Hadisə » Şəkidə vətəndaşları müxtəlif yollarla aldadıb pullarını mənimsəyən dələduz ƏLƏ KEÇDİ - FOTO

reklam

Şəkidə vətəndaşları müxtəlif yollarla aldadıb pullarını mənimsəyən dələduz ƏLƏ KEÇDİ - FOTO









Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş şəhər sakini Elnur Nurəhmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, “Instagram” sosial şəbəkəsində tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən E.Nurəhmədov ondan 1 450 manat pul alıb.

O, zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlirdən isə 1 450 manatın qarşılığında ona 2 500 manat qaytaracağını vəd edərək aldadıb.

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakininin kartından pul oğurladığı da müəyyən edilib. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pulun olduğu görən E.Nurəhmədov qadına guya kartdan pul çıxarmağın mümkün olmadığını bildirib, əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. E.Nurəhmədovun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə nazirliyin “102” Zəng Mərkəzinə və Şəki Şəhər Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.





Paylaş:


Müəllif : Tarix:
15-11-2021, 13:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər