Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı 12 saat ATƏŞƏ TUTUB
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədiblər.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 4.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məsqəsilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2021, 10:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər